“Formula-1” mövsümü Avstriyada açmağa hədəflənib. Azərbaycan qran-prisi sentyabr və ya oktyabrda keçirilə bilər | 1news.az | Xəbərlər
FORMULA 1

“Formula-1” mövsümü Avstriyada açmağa hədəflənib. Azərbaycan qran-prisi sentyabr və ya oktyabrda keçirilə bilər

16:30 - 27 / 04 / 2020
“Formula-1” mövsümü Avstriyada açmağa hədəflənib. Azərbaycan qran-prisi sentyabr və ya oktyabrda keçirilə bilər

Fransa Qran-prisi 2020-ci ildə baş tutmayacaq.

1news.az -ın məlumatına görə, belə bir qərar yarış təşkilatçıları tərəfindən koronavirus pandemiyasının fəsadları səbəbindən qəbul edilib.

Fransa Qran-prisinin əvvəlcədən planlaşdırılan vaxtda baş tutmayacağı çoxdan bəlli idi. Yarışın iyunun 28-də keçirilməsi nəzərdə tutulmuşdu, ancaq hakimiyyətin kütləvi tədbirləri qadağan etməsi ilə əlaqədar olaraq Qran-prinin ən azı təxirə salınacağı bəlli idi. İndi isə təşkilatçılar yarışı tamamilə ləğv etmək qərarına gəldilər. Fransa Qran-prisi Avstraliya və Monakodan sonra ləğv edilən üçüncü yarış idi. Digər 7 mərhələ təxirə salınıb.

Beləliklə, ləğv edilməyən və ya yenidən planlaşdırılmamış cari təqvimdə ilk mərhələ 5 iyul tarixində keçiriləcək Avstriya Qran-prisidir. Bu gün “Formula-1”in icraçı direktoru Çeyz Keri açıqlama verərək 2020-ci ilə olan planlardan danışıb və mövsümü iyul ayında Avstriyada açmağı hədəflədiklərini bildirib.

“Səhər iyun ayının sonuna planlaşdırılan Fransa Qran-prisinin baş tutmayacağı elan edilsə də, indi bu yay mövsümü başlamaq planlarımızın həyata keçirilməsində əvvəlkindən daha çox inamlıyıq.

İyul, avqust və sentyabrın əvvəllərində Avropa mərhələlərini keçirməyi planlaşdırırıq. Sentyabr, oktyabr və noyabrda Avrasiya, Asiya və Amerikada yarışacağıq və mövsümü dekabrda Bəhreyndə və Abu Dabidə başa vuracağıq, ümumilikdə 15-18 mərhələ ocaq.

Ən qısa müddətdə son təqvimi dərc edəcəyik. İlk yarışın azarkeşsiz keçiriləcəyini gözləyirik, amma mövsüm davam etdikcə onların tədbirlərdə iştirak edə biləcəyinə ümid edirik.

Bir çox məsələlər həll olunmalı, komandalar və digər tərəfdaşlarımız bu ölkələrə gələ və orada işləyə biləcəkləri prosedurları təyin etməlidirlər. İştirakçıların sağlamlığı və təhlükəsizliyi prioritet olaraq qalır. Bu prosedurların risk və mümkün problemlərdən qaçacağımıza imkan verdiyinə tam əmin olandan sonra irəli doğru gedəcəyik.

FIA, komandalar, promouterlər və digər əsas tərəfdaşlar bütün bu müddət ərzində bizimlə işlədilər. İnanılmaz dərəcədə çətin bir dövrdə onlara göstərdikləri dəstək və səylərinə görə təşəkkür etmək istəyirik”- deyə, bəyanatda qeyd olunur.

Qeyd edək ki, 5-7 iyun tarixlərində keçirilməli olank Azərbaycan Qran-prisi qeyri-müəyyən müddətə təxirə salınıb. “Formula 1”in cari mövsüm üçün planlarına əsasən, Bakı yarışı sentyabr və ya oktyabr aylarında keçirilə bilər.

Lakin aprelin 24-də Baku City Circuit əməliyyat şirkəti Azərbaycanın yarışı tamaşaçısız keçirmək niyyətində olmadığını açıqladı. Bunu nəzərə alsaq 2020-ci ildə Bakıda Formula-1 yarışının olmayacağını düşünmək üçün bütün əsasların olduğunu deyə bilərik.

Teymur Maksutov

Paylaş:
4867

Son xəbərlər

AMB 17 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:35Azərbaycan neftinin qiyməti 84 dolları ötübBu gün, 09:27Televiziya rejissoru vəfat edibBu gün, 09:20Bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:16Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39
Bütün xəbərlər